Çindən gəlib Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb

HADİSƏ 04 iyl 2020, 23:31

Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənmiş 43 konteynerdən ibarət blok qatarı bu gün qonşu ölkənin paytaxtı Ankaraya çatıb.

 

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) məılumat yayıb.


Xatırladaq ki, sözügedən qatar iyunun 30-da, altı saat ərzində Bakı Limanında aşırılıb. Qatarla Çin istehsalı olan elektronika məhsulları göndərilib.


Yükdaşımanın operatoru Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi “ADY Konteyner” MMC-dir.


Bu, Sian-İstanbul marşrutu üzrə hərəkət edən ikinci belə bir karvandır. “Xi'an Free Trade Port Construction and Operations” logistik platformanın təşkil etdiyi blok qatarı mütəmadi olaraq Çindən Türkiyəyə yük daşıyacaq.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top