“Qaydalara ciddi şəkildə riayət olunmasa....” — ÜST

DÜNYA 04 iyl 2020, 23:50

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyincə, dünyanın bir çox ölkələrində koronavirus infeksiyasına yoluxmanın yenidən artması pandemiyanın ilk dalğasının ikinci pik nöqtəsi kimi dəyərləndirilməlidir.


Bu fikirləri təşkilatın fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan Cenevrədə keçirilən brifinqdə bildirib.

 

O bildirib ki, gigiyena qaydaları, sosial məsafənin qorunması və yoluxmuş şəxslərin və onlarla ünsiyyətdə olanların effektiv təcridi tədbirlərinə ciddi şəkildə riayət olunmalıdır. Əks halda, infeksiyanın səviyyəsi davamlı şəkildə yüksələn xətlə inkişaf edə bilər.


M.Rayan, həmçinin bildirib ki, ikinci dalğanın baş verməsi potensialı qış mövsümündə daha çox real görünür. Çünki qış aylarında insanlar qapalı məkanlarda daha sıx şəkildə bir araya gəlirlər və bu zaman infeksiyanın insanlar arasında yayılması yeni sürət tempi əldə edə bilər.(AZƏRTAC)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top