Superliqa klubu baş məşqçisi ilə müqaviləni ləğv etdi

İDMAN 04 iyl 2020, 17:23

Türkiyə Super Liqasında çıxış edən "Denizlispor" komandası baş məşqçisi Bülent Uyqunla yollarını ayırıb. 


"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəsislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. 


Qeyd edək ki, "Denizlispor" 30 oyundan sonra 32 xalla 12-ci pillədə qərarlaşıb. Komanda 16-cı sıradakı "Kayserispor"dan 4 xal irəlidədir. Bülent Uyqun bu ilin fevralında baş məşqçi təyin olunub. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top