Sosial

Sərt karantin günlərində fəaliyyəti dayandırılan yerlər — SİYAHI

Sərt karantin günlərində fəaliyyəti dayandırılan yerlər — SİYAHI

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Demokrat.az xəbər verir ki, aşağıdakı xidmət sahələrinin fəaliyyəti dayandırılacaq:

● Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

● İctimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

● Muzey və sərgi zallarının fəaliyyəti;

●Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● Təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

● Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

D
demokrat.az