Dünya

40-a yaxın turisti daşıyan avtobus bir anda yandı — VİDEO

40-a yaxın turisti daşıyan avtobus bir anda yandı — VİDEO

Rusiyanın Leninqrad bölgəsində turistləri daşıyan avtobus yanıb.

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, sürücü vaxtında avtobusu yolun kənarında saxlayaraq bütün sərnişinləri düşürüb.

Avtobusda 40-a yaxın turistin olduğu bildirilir.

Yanğının qarşısını odsöndürən vasitələrlə almaq mümkün olmadığından, yanğınsöndürən briqadaların gəlişinə qədər avtobus tam yanaraq yararsız hala düşüb.(oxu.az)

Demokrat.az

D
demokrat.az