Hadisə

Qazaxda 48 yaşlı kişi qohumu tərəfindən öldürüldü

Qazaxda 48 yaşlı kişi qohumu tərəfindən öldürüldü

Qazax rayonunda 30 yaşlı kişi qohumunu öldürüb.

Demokrat.az xəbər verir ki, Aslanbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Telman Kavı oğlu Əhmədov mübahisə zəminində qohumu, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Fərrux Kamran oğlu Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Report)

D
demokrat.az