Hadisə

Nəcməddin Sadıkovun bacısı oğluna general-mayor rütbəsi verildi

Nəcməddin Sadıkovun bacısı oğluna general-mayor rütbəsi verildi

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun bacısı oğluna general-mayor rütbəsi verildi.

Demokrat.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, polkovnik Ramil Əlimran oğlu Əsgərov general-mayor rütbəsi ilə təltif olunub.

Hazırda Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində xidmət edən Ramil Əsgərov, daha əvvəl Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi əvəzi vəzifəsini icra edib.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az