Sosial

Azərbaycanda Kanal D və NTV-nin yayımı bərpa edildi

Azərbaycanda Kanal D və NTV-nin yayımı bərpa edildi

Türkiyənin məşhur televiziya kanalları olan Kanal D və NTV-nin Azərbaycanda yayımı bərpa edilib.

AZXEBER.COM xəbər verir ki, bu telekanallar bir neçə gündür ki, kabel televiziyalarında yayımlanır.

Qeyd edək ki, adıçəkilən kanalların bundan öncəki rəhbəri Aydın Doğan anti-azərbaycan mövqeyi ilə tanınan iş adamlarından idi. Bu səbəbdən də Kanal D-nin Azərbaycan ərazisində yayımı dayandırılmışdı. Doğan qrupu bir neçə ay əvvəl telekanalları Demirörən qrupa satıb.

Bu müddətdə Kanal D və NTV-yə yalnız çanaq antenləri vasitəsilə baxmaq mümkün idi.

D
demokrat.az