Dünya

PKK/YPG-nin xain planı boşa çıxdı — FOTOLAR

PKK/YPG-nin xain planı boşa çıxdı — FOTOLAR

“Barış Pınarı” əməliyyatı bölgəsində PKK/YPG terror təşkilatına məxsus partlayıcı daşıyan yük maşını boş ərazidə vurularaq zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

M4 trasının “Barış Pınarı” əməliyyatı bölgəsindən keçən hissəsinə qaçaq yolla daxil olan yük maşını müəyyən edilib. Türk əsgərləri mülki əhalinin yerləşdiyi əraziyə sürətlə hərəkət edən mazut bidonları ilə yüklənmiş maşına xəbərdarlıq atəşi açıblar. Atəşə baxmayaraq dayanmayan maşın sürətini artırınca tank əleyhinə TOW raketi ilə vurulub. Maşın vurulduqdan sonra daşıdığı bomba yükü böyük gürultu ilə partlayıb.

Türkiyə ordusunun səyi nəticəsində PKK/YPG daha bir terror aktı boşa çıxıb.

PKK/YPG-nin xain planı boşa çıxdı — FOTOLAR

PKK/YPG-nin xain planı boşa çıxdı — FOTOLAR

D
demokrat.az