Bəhram Bağırzadənin həkimi danışdı: "Yaxın günlərdə..."

ŞOU-BİZNES 24 iyn 2020, 15:15

Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin son vəziyyəti haqqında həkim Bəxtiyar Musayev məlumat verib.


Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Teleqraf. com-a açıqlamasında bu sözləri deyib:


"Bəhram Bağırzadə bizim xəstəxanaya başqa müalicə müəssisindən ağır vəziyyətdə köçürülmüşdü. Vəziyyətin ağırlığı koronavirus pamdemiyasına məxsus olan kəskin ağciyər çatışmazlığı ilə izah olunurdu. Xəstə dərhal reanimasiya şöbəsinə qəbul edildi. Və süni nəfəs cihazına qoşuldu.


Görülən tədbirlər və müalicə nəticəsində təəssüf olsun ki, qanın oksigenlə zənginləşmə səviyyəsini qənaətbəxş səviyyəyə qaldırmaq mümkün olmadı. Və bunu nəzərə alaraq geniş tərkibli həkimlərin qərarı ilə xəstəni ECMO cihazına qoşmaq qərara alındı və gecə saatlarında icra edildi.


Hər iki aparata qoşulu vəziyyətdə qaldığı üçün Bəhram Bağırzadəni səhhətində cüzi yaxşılaşma hiss edilir. Lakin təkrar etmək istəyirəm ki, Bəhram Bağırzadənin vəziyyəti bu gün də kritik orta-ağır vəziyyət kimi qiymətləndirilir. Ümidvarıq ki, yaxın günlərdə sevindirici məlumat verə biləcəyik".


Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top