Faiq Ağayev əlavə qazanc yerlərindən DANIŞDI

ŞOU-BİZNES 26 apr 2024, 13:30
Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir.

Demokrat.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş müsahibəsində xalq artisti Faiq Ağayev deyib.

O bildirib ki, biznesinin olmasını çox istəyir:

“Amma bacarmıram, tacirlik damarım yoxdur. Yaxın ətrafım deyir ki, hər şey sənin səs tellərinə bağlıdır, bir təhlükəsizlik yastığın olsun. Bəlkə də Sovet insanlarının təfəkküründəyəm ki, sonuna kimi sənət məni dolandıracaq. Hələ ki, maşallah, dolandırır. Həmkarlarımın çoxunun, göz dəyməsin, turizm şirkətləri, restoranları, salon və mağazaları-filan var. Bu çox əladır. İraq olsun, səsim batsa, oxuya bilməsəm, nə edərəm? Dərs deyərəm, prodüser olaram, inzibati işlərlə məşğul ola bilərəm”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top