Sosial

Nailə İslamzadə: “Azərbaycan İspaniyada, İtaliyada baş verənlərə doğru gedir”

Nailə İslamzadə: “Azərbaycan İspaniyada, İtaliyada baş verənlərə doğru gedir”

"Hal hazırda ölkə daxilində infeksiya fəal sürətdə artır. İnsanlar yenə də inanmamağa davam edib önləyici tədbirlər görməsə, səhiyyə sistemi öhdəsndən gəlməyəcək. Allah göstərməsin, amma İspaniyada, İtaliyada baş verənlərə doğru gedirik".

Bunu tanınmış diktor Nailə İslamzadə deyib. N. İslamzadə vəziyyətin pisə doğru getdiyini bildirib:

"Bütün dünyanı təsiri altına alan koronavirus hər kəsin həyatına ciddi təsir göstərir. Beynəlxalq və ölkədaxili tədbirlər, idman yarışları, turizm ziyarətləri, mədəniyyət və incəsənət tədbirləri, festivallar, sərgilər ləğv olundu və ya virtual aləmə keçdi. Gündəmi demək olar ki, yalnız bu mövzu ətrafındakı xəbərlər zəbt edib. "Koronavurusdan əvvəl" "koronavirusdan sonra" kimi yeni yaranmış ifadələr girdi həyatımıza.

Hal hazırda ölkə daxilində infeksiya fəal sürətdə artır. İnsanlar yenə də inanmamağa davam edib önləyici tədbirlər görməsə, səhiyyə sistemi öhdəsndən gəlməyəcək. Allah göstərməsin, amma İspaniyada, İtaliyada baş verənlərə doğru gedirik.

Virus yenicə Azərbaycana daxil olanda dövlət gözəl plan cızdı, amma təəssüf ki, vətəndaşlarımız inanmadı və əməl etmədi. Hal hazırda ölkə daxilində infeksiya fəal sürətdə artır. İnsanlar yenə də inanmamağa davam edib önləyici tədbirlər görməsə, səhiyyə sistemi öhdəsndən gəlməyəcək. Allah göstərməsin, amma İspaniyada, İtaliyada baş verənlərə doğru gedirik. Bunu panikaya salmaq üçün demirəm, Azərbaycanda nə qədər infeksionist həkimlərimiz var? Minlərlə xəstəyə eyni zamanda lazımi köməklik göstərmək mümkündürmü? Xeyir. Lap əvvəldən də hökümətin dediyi bu idi. İnsanları təcrid etmək, onların fəaliyyətini məhdudlaşdırmaq heç kimə lazım deyil, biz şüurlu surətdə anlamalıyıq ki, özümüzü qorumaqla dövlətə, həkimlərimizə, polislərə dəstək olmasaq, görülən tədbirlər nəticə verməyəcək. Özünü qorumaq isə çox asandı, yetər ki, məsəfə saxlayaq və qoruyucu vasitələrdən yerində istifadə edək və əsası da süurlu sürətdə anlayaq ki, biz birlikdə güclüyük!".(moderator.az)

Demokrat.az

D
demokrat.az