“Virus sürətlə yayılmaqda davam edir. Hətta deyərdim ki, yenidən mutasiya uğrayıb ya da daha çox insan yoluxdurduqca aktivləşir. Görmüşük ki, su çiçəyi ya qızılca virusu yayılanda bir evdə üç uşaq yoluxanda ilk xəstələnən ilə son xəstələnən arasında fərq olsun, yəni xəstəlik yayıldıqca əlamətlər sönük olur və epidemiya bitir. Bu virusda isə əksini görürük. Son üç gündə yoluxma barədə çoxsaylı müraciətlər almışam. Qısacası, necə edək virus axrımıza çıxmasın. Virusa yoluxdunuzmu vaxt itirmək olmaz. Nə cavanlığımıza, nə cinsimizə, nə sağlam biri olmağımıza güvənə bilmərik. Virusun kimlə necə oyun oynayacağını bilmək olmur. Risk qrupuna daxil olanları bilirsiniz. Amma daha nəyi bilməlisiniz?”
Yeniavaz.com xəbər verir ki, bu sözləri həkim pediatr Aytən İsmayılzadə sosial şəbəkədə deyib. COVID-19-a yoluxan və hərarəti olan şəxslərə necə davranmaları ilə bağlı məsləhətlər verib.
- Virus əlaməti 37 hərarət ilə başlayır. "Yəqin dondurmanı çox yedim , soyuqlamışam" , deməyin. Epidemiya dövründə ehtimal olunan hər xəstəliyi kənara qoyuruq. Hərarət varsa COVİD-19 var, deyirik. İlk nöbvədə özünüzü izolyasiya edəcəksiniz. Hərarətliykən liftə minmək, ictimai nəqliyyatdan istifadə etmək, aptekə gedib dərman almaq olmaz. Maskanız olsa belə olmaz!
- Əgər ailəlisinizsə və ailədə hər kəslə yaxın-uzaq kontaktınız olubsa ailəlikcə izolyasiya olunursunuz. Hərarəti olmayanlar da həmçinin. Siz evdə qalın, qaynana-qaynata dərman gətirsin? Olmaz!.
- Vəziyyətiniz barədə tanıdığınız həkimə, sahə həkiminizə məlumat verin. Mənimlə də bildiyiniz sosial şəbəkə hesabımdan yaxud nömrəmlə əlaqə saxlaya bilərsiniz. Mümkün qədər tez zamanda istiqamət verməyə çalışacam.
- Evdə izolyasiya zamanı 103-ə zəng vurun demirəm. Artıq bizə statistika da lazım deyil. Gəlib analiz götürəndə onlar da yoluxacaq, sonra gedib başqalarını yoluxduracaqlar, ya da özləri risk altında olacaqlar. Siz ən yaxşısı hərarət oldusa özünüzü COVİD-19 bilin və panikaya düşmədən doğru addımlayın.
- Evdə izolyasiya olsanız da sizə dərman lazım olacaq. Dərmanları evə çatdırma edən aptek şəbəkələrindən istəyə bilərsiz. Uzaq məsafəni saxlamaqla gələn kuryerdən dərmanları qəbul edin. Kuryer isə sizdən ödənişi onlayn olaraq qəbul etsə yaxşı olar.
- Dadbilmə, iybilmə hissiyatınız itsə də, yeməkdən imtina etməyin. Bol maye, meyvə tərəvəz, zülallı qidalar yeyin.
- Nəyi bilirsinizsə edin: zoğallı, moruqlu çay, qarqara, soğan - sarımsaq və. s. Dərmanı isə həkim deyəcək. Vitamin C-ni isə unutmayın. İndiyədək istifadə edib heç bir reaksiyanız olmayıbsa özünüz də onu ya venaya, ya əzələyə vura bilərsiniz.
- COVİD-19 ehtimalımız varsa ağciyərləri yoxlatmalıyıq. KT olunmalıdır, ya heç olmasa rentgen. Amma necə və harda? Xəstə liftdə qonşunu, maşında sürücünü, qəbul şöbəsində olan xanımları, KT-də texniki və həkimləri yoluxdura bilər. Buna görə təklif edirəm ki, məhz virus ehtimalı olan xəstələrin yoxlanılması üçün yerlər ayrılsın. Xəstələrin yatırıldığı yerlərdə deyil, çunki insanlar ora "bəlkə heç məndə yoxdur, gedib yoluxaram" , deyəcək.
- Evdə qaldığınız müddətdə elə xəstəxanada ediləcək müalicəni ala biləcəksiniz. Bunun üçün virus əlehinə əla olmasa da orta təsirli prepatatlar, hormonal preparatlar və s var. Arbidol tapılmır deyib panikaya düşməyin. Başqa alternativlər var. Onun da tərkibi umifenovirdir. Amma özünüz erqoferon, viferon, ukraferon, engistol kimi yüngül preparatlar istifadə edə bilərsiz. "ay onların mənası yoxdu, ay onlar sübut edilməyib" deməyin mənası yoxdu indiki vaxtda.
- Evdə qaldığınız müddətdə vəziyyətinizlə bağlı əlamətləri şişirtmədən sahə həkiminizə, yaxud əlaqəniz olduğu həkimə bildirin. Onun ya bir tibb bacısının evə gəlməyinə çalışmayın.
- Evdə qalıb müalicə almaqla yanaşı ciddi xəstəliyi olmayanlara da aiddir. Şəkərli diabeti, astma, piylənmə, yüksək təzyiq, ürək xəstəliyi olanlar xəstəxanaya aparılmalıdır. Çünki onlarda laxtalanma sistemi pozulur, yanaşı antibiotiklər, inhalyasiyalar lazim olur, tez müdaxilə edilməzsə vəziyyətdən çıxmazlar.
- Bir də bu vəziyyətdə evdə nə qədər qalaq soruşursuz. Minimum 21 gün evdə izolyasiyada qalmalısız.
- Uşağı yoluxan analar, stressə düşməyin. Dörd aylıq körpə belə bir günə qalib gəlib virusa. Siz stressə girib öz immunitetinizi zəiflədərsiz, ağırlaşarsız və körpənizi anasız qoyarsız.
Həkim qeyd edib ki, məlumatları pediatr olaraq özbaşına deyil, COVID-19 cəbhəsində döyüşən həkim yoldaşlarla müzakirədən sonra paylaşıb.


