İdman

Tokio Yay Olimpiya Oyunları yenidən təxirə salınacaq?

Tokio Yay Olimpiya Oyunları yenidən təxirə salınacaq?

Tokio Yay Olimpiya Oyunları yenidən təxirə salına bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin direktoru Haruyuki Takahasii deyib.

Funksioner oyunları 2021-ci ilin yayında keçirmək istədiklərini bildirib və Tokio olimpiadasının ləğvinin qarşısını almağın mütləq olduğunu qeyd edib.

Onun sözlərinə görə, Yay Olimpiya Oyunlarının ləğvi Yaponiya və dünya iqtisadiyyatına böyük zərbə vuracaq:

"Yaz aylarında olimpiadanın iyul - avqustda keçirilməsinin problemli olduğu aydın olarsa, Belnəlxalq Olimpiya Komitəsi ilə növbəti dəfə müzakirə apara bilərik".

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.

Demokrat.az

D
demokrat.az