Hadisə

Azərbaycan xalqı Gültəkin Hacıbəylini və Cəmil Həsənlini bu çıxışlarına görə "vətən xaini", "düşmən” adlandırdı — ŞOK VİDEO

Azərbaycan xalqı Gültəkin Hacıbəylini və Cəmil Həsənlini bu çıxışlarına görə vətən xaini, düşmən” adlandırdı — ŞOK VİDEO

Milli Şuranın daha bir qeybət formatlı virtual toplantısı sosial şəbəkələrdə gülüşə səbəb olub.

Demokrat.az xəbər verir ki, Milli Şuranın budəfəki müzakirələrində Azərbaycan xalqı və dövləti hədəfə alınıb.

İclasda Gültəkin Hacıbəyli “Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin”, - deyə bildirir.

Cəmil Həsənli isə “Bu son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün sonra təbrik edərəm”, - deyə ona cavab verib.

İclasda qeybət edən şəxslər neftin qiymətinin aşağı düşməsinə görə sevindiklərini bildirərək qəhqəhə çəkib gülüblər.

Həmin görüntülər sosial şəbəkələrdə Azərbaycan xalqının böyük nifrətinə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri Milli Şurada yer alan həmin şəxsləri "düşmən”, "vətən xaini" adlandırıblar.

Həmin görüntüləri təqdim edirik:

Elçin Rizvanoğlu Demokrat.az

D
demokrat.az