Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov daha bir problemə operativ reaksiya verib.
Demokrat.az-ın xəbərinə görə, yeni icra başçısı, NeftçalanınDördlər kəndində baxımsız vəziyyətə düşən stadionun bərpa olunması üçün tapşırıq verib.
Bu barədə təhsil üzrə ekspert Kamran Əsədov sosial şəbəkə üzərindən yazıb:
"Dünən kəndimizin futbol stadionun baxımsız vəziyyətini çəkib paylaşmışdım. Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən müəllim facebook dostluğumda olduğu üçün elə gecə ikən tapşırıq verib və səhər saatlarında texnika, canlı qüvvələr göndərdi. Artıq gənclərin asudə vaxtının səmərəli və sağlam təşkili üçün şərait yaradılır".
Dördlər kəndində stadionunəvvəlki durumu
Dördlər kəndində stadionunindiki durumu
Qeyd edək ki,Prezident İlham Əliyevin sərəncamına əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov2020-ci il 5 mart tarixindən Neftçala Rayon İcra Hakimiyyətinin başçısıdır.


