"Həftəsonu sərtləşmə qonşu ölkələrdəki praktikaya əsaslanır".
Demokrat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbəmüdiri Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, Türkiyədə həftəsonu sərtləşmə təcrübəsi araşdırılıb: "Orada bunun nəticələri 10 faiz azalma ilə özünü göstərir. Amma bu, 1-2 gün daxilində özünü göstərə bilməz. Bu xəstəliyin 14 günlük inkubasiya dövrü var. Həftə sonu karantinin nəticəsini ən azı 10 gün sonra görəcəyimizə ümid edirik”.


