Dünya

İran Qasım Süleymaninin ölümündə əli olan şəxsi edam edəcək

İran Qasım Süleymaninin ölümündə əli olan şəxsi edam edəcək

İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), həmçinin İsrailin kəşfiyyat qurumu olan MOSSAD-a işlədiyi və iranlı general Qasım Süleymaninin suiqəsdində ABŞ-a məlumat ötürdüyü iddia edilən şəxs barəsində edam hökmü çıxarılıb.

Demokrat.az xəbər verir ki, bunu İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn İsmaili deyib.

“MKİ və MOSSAD-ın agenti olan Mahmud Musəvi-Məcidə ölüm cəzası verilib. O, şəhid Süleymaninin harada olduğu məlumatını düşmənə vermişdi”, - o bildirib.(report.az)

D
demokrat.az