“Kişisən, şərəfin varsa…” — Rəşat Kəsəmənli kimə əsəbiləşdi?

ŞOU-BİZNES 06 iyn 2020, 18:12

“Bəzən görürsən ki, sosial şəbəkələrdə qorxaq kimi gizlənən insanlar mənə atmaca atır. Baxıb görəndə ki, feyk profildir, bir-iki izləyicisi var, tutarlı söz deyib, dərhal da blok edirəm. Yox, əgər həmin adamı tanıyıramsa, mənə qarşı cızığından çıxıbsa, dərhal çağırıb, yerini göstərirəm. Gəlməsə də, özü biabır olur”.


Demokrat.az xəbər verir ki, bunu saytımıza açıqlamasında tanınmış aktyor və şair Rəşat Kəsəmənli sosial şəbəkələrdə ünvanına yazılan şərhlərə münasibət bildirərkən deyib.


O, haqlı olmadığı təqdirdə, üzr istəməyi də bacardığını bildirib:


“Bəzən insanlar qanmır, qanmayanı da lazım olan yolla qandırmaq lazımdır. Görürsən başa düşmür, başına qapaz vurursan, anlayır. Mənimlə haqsız davranan insanlara fiziki təzyiq də göstərə bilərəm. Bir də görürsən, ağzına gələni yazır, qorxaq kimi saxta profilində gizlənir. Kişisən, şərəfin varsa, gəl, danış mənimlə. Çağırıram söhbət edirəm. Görsəm ki, haqlı deyiləm, heç həmin adam deməmiş özüm ondan üzr istəyirəm. Yox, əgər haqlıyamsa, onda həmin şəxs cavabını almalıdır”.(yenicag.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top