Ana və bacısını namus üstə güllələdi... — Dəhşətli qətlin TƏFƏRRÜATI

KRİMİNAL 03 iyn 2020, 15:31

Bərdədə güllələnərəq qətlə yetirilmiş ana və qızının ölümü ilə bağlı bəzi təfərrüat üzə çıxıb.


Demokrat.az xəbər verir ki, hadisənin baş verdiyi Bərdənin Alaçadırlı kəndində olan mənbənin saytımıza verdiyi məlumata görə, qətl namus üstündə olub. Belə ki, hadisəni törədən Toğrul Zeynallının anası ilə atası boşanıb və ata sonradan ailə qurub.


Bu ayrılıqdan sonra T.Zeynallı atası ilə birgə yaşayıb. Onun atası ilə kənddəki maşın təmiri sexində işlədiyi də məlumdur. Məlumata görə, Toğrulun öldürdüyü bacısı ailəli olub. Lakin o, boşanaraq anasının yanına gəlib. Onun azyaşlı körpəsinin olduğu da deyilir.


Kənddə anası və bacısı ilə bağlı müəyyən söz-söhbətlər yayıldığı üçün T.Zeynallı belə bir əmələ əl atıb. Kənddə hadisəni törədən T.Zeynallı və atası Musa Zeynallının hörmət sahibi olduqları deyilir. Məhz bu səbəbdən T.Zeynallının belə bir hadisə törətdiyinə hər kəs təəccüblənib.


Xatıradaq ki, Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Toğrul Musa oğlu Zeynallı qısqanclıq zəminində anası, 1979-cu il təvəllüdlü Nazirə Həmid qızı Zeynalovanı ov silahından atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Əminə Musa qızı Zeynallı evdən qaçıb. Bacısının arxasınca düşən T.Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq, həmin silahla öldürüb.


T.Zeynallı dünən özü polisə təslim olub.(axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top