Bu həftə Azərbaycanda COVİD 19-a yoluxma rekord vurub — STATİSTİKA

SOSİAL 29 may 2020, 19:34

“Ötən həftə, 17-24 mayda 848 nəfər koronavirusa yoluxub. Daha öncəki həftədə 755, ondan əvvəlki həftədə isə 587 yoluxma faktı aşkarlanıb. Bu həftə isə 867 yoluxma faktı qeydə alınıb".

 

Demokrat.az-ın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

R. Bayramlı deyib ki, məhdudiyyətlərin tətbiq olunduğu aprelin əvvəlində yoluxmanın azalması, 27 aprel və 4 may tarixlərində məhdudiyyətlərin ilkin aradan qaldırılması ilə yoluxmanın artması müşahidə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top