Gündəm

Milli Məclisdən maaş məsələsinə REAKSİYA

Milli Məclisdən maaş məsələsinə REAKSİYA

Milli Məclis Sədrinin, onun birinci müavininin və digər müavinlərin, Milli Məclisin komitə sədrləri və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda deyilir:

"Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2227,5 manat) , Milli Məclis Sədrinin müavini 85 faizi (2103,75 manat), Milli Məclisin komitə və komissiya sədri 80 faizi (1980 manat), Milli Məclisin komissiya sədrinin müavini 75 faizi (1856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1732,5 manat) aylıq vəzifə maaşı alır.

Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Demokrat.az

D
demokrat.az