Hazırda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun2019-cu il sentyabrın 7-də keçirilən İCAPP-ın Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasında ingilis dilində çıxışı müzakirələrə səbəb olub.
Demokrat.az-ın xəbərinə görə, videonu jurnalist Eynulla Fətullayev paylaşıb.
S.Orucovun çıxışı zamanı onun igiliscə sözləri düzgün tələffüz etmədiyi diqqət çəkib.
Qeyd: S.Orucov beynəlxalq tədbirdə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri kimi çıxış edib.


