“Aprel ayında atmosferdə çirkləndirici maddələr 45-50 faiz azalıb”.
Demokrat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva deyib.
O bildirib ki, may ayında yumşalmadan sonra çirklənmə artıb, indi təmizləmə 30-35 faiz səviyyəsindədir.


