"Hakimiyyətdə təmsil olunan bəzi kəslər müxalifəti idarə edirdilər və onlara deyirdilər ki, çıxın mitinq edin".
Demokrat.az-ın xəbərinə görə, bunu Space TV-nin efirində Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatıFəzail Ağamalı deyib.
Deputat bildirib ki, həmin şəxslər bununla Azərbaycan haqqında mənfi imicin yaranmasını istəyirdilər:
"Onlar həm də 5-ci kalonun üzvü olublar. Prezidentimizin həyata keçirdiyi islahatlar nəticəsində onlar vəzifədən kənarlaşdırıldılar. Onlara bağlı olan icra başçılarını isə DTX tərəfindən həbs edildilər".
Zaur Hacılı


