Şou-biznes

“Avroviziya” müsabiqəsi fərqli formatda başladı — CANLI YAYIM

“Avroviziya” müsabiqəsi fərqli formatda başladı — CANLI YAYIM

Koronavirus pandemiyası səbəbi ilə bu il “Avroviziya” beynəlxalq mahnı yarışmasının keçirilməsi təxirə salınsa da, müsabiqənin təşkilatçıları tamaşaçılara sözügədən layihənin konsert formatını təqdim ediblər.

Demokrat.azəbər verir ki, hazırda İctimaiteleviziyanın efirində canlı yayımlanan “Avroviziya” mahnı şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də, ötən ilinmüsabiqəqalibləri və ulduzları iştirak edəcəklər.

İfaçılar onlayn şəkildə mahnılarını səsləndirirlər. Onlar arasında ölkəmizi təmsil edən Samirə Əfəndi də var. İfaçı bir azdan “Kleopatra” mahnısı ilə çıxış edəcək.

Konsert proqramı məşhur televiziya aparıcıları Edsilla Rombley, Chantal Janzen və Jan Smitə həvaləolunub.

Möhtəşəm şounu bəstəkar-müğənni Murad Arif şərh edir.

D
demokrat.az