“Mən ölməmişəm. Kimə nə eləmişəm ki, məni gah öldürürlər, gah xəstələndirirlər, gah da kiminsə ailəsini dağıtmaqda günahlandırırlar”.
Demokrat.az xəbər verir ki, bunu News24.az-a açıqlamasında ölüm xəbəri çıxan müğənni Təranə Vəlizadə bildirib.
O deyib ki, haqqında zaman-zaman xoşagəlməyən şaiyələr yayılır:
“Sapsağlamam, yaradıcı işləri ilə məşğulam. Pandemiyanın qurtarmasını gözləyirəm, səs yazılarım var, mahnılar üzərində çalışıram”.


