Hadisə

Bədbəxt hadisə şəhid oğlunun həyatına son qoydu

Bədbəxt hadisə şəhid oğlunun həyatına son qoydu

Ceyranbatan su anbarında batan şəxsin meyiti sudan çıxarılıb.

Demokrat.az-ın “Report”a istinadən məlumatına görə, mərhumun Laçın rayonunun Minkənd kəndindən məcburi köçkün, 41 yaşlı Fariz Təhməzov olduğu müəyyənləşib.

Onun ərazidə qoyun otardığı və suya düşən quzunu xilas edərkən göldə boğulduğu bildirilir.

F.Təhməzovun atası Hidayət Təhməzov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.

D
demokrat.az