Sosial

Kafe və restoranlarla bağlı MÜHÜM AÇIQLAMA — Belə işləyəcəklər

Kafe və restoranlarla bağlı MÜHÜM AÇIQLAMA — Belə işləyəcəklər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında qaydalar hazırlayıb.

Demokrat.az-ın məlumatına görə, TƏBİB-in saytımıza açıqlamasında bildirilir ki, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik:

- Yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır.

- Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir.

- Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır.

- Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalar arası məsafələr 2 metrdən az olmamalıdır(trend.az)

D
demokrat.az