Sosial

“Alimlərimiz vaksin deyil, immuniteti gücləndirməyin yollarını araşdırırlar” — İsa Həbibbəyli

“Alimlərimiz vaksin deyil, immuniteti gücləndirməyin yollarını araşdırırlar” — İsa Həbibbəyli

"Koronavirusla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin alimləri tərəfindən araşdırma aparılır".

Demokrat.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O vurğulayıb ki, hazırda pandemiyanın dərmanın hazırlanması istiqamətində axtarışlar davam edir:

“Bu tez başa gələn bir iş deyil. Alimlər bu istiqamətdə çalışırlar. Alimlərimiz vaksin hazırlanması ilə deyil, insan orqanizimində bu virusun qarşısını almaq üçün immun sisteminin gücləndirilməsi ilə bağlı dərman hazırlayırlar”.(unikal.org)

D
demokrat.az