İzmirdə ümummilli lider Heydər Əliyevin doğumunun 97-ci ildönümü ilə bağlı tədbir keçirilib. İzmir-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşəbbüsü ilə keçirilən mərasim Heydər Əliyev büstü olan parkda gerçəkləşib. Bu barədə Turkustan.info-ya İzmir Azərbaycan Dərnəyinin başqanı Mülazim Pahsa bildirib.
Mərasimdə İzmir bələdiyyə başkanı Cemal Tuğay başda olmaqla bir sıra dövlət və ictimaiyyət nümayəndələri qatılıb. Türkiyədə fəaliyyət göstərən Petkim Şirkətinin Genel müdiri Anar Məmmədov isə mərasimə əklil göndərib.
Çıxış edənlər Heydər Əliyevin Azərbaycan üçün, xüsusilə Azərbaycan-Türkiyə qardaşlığının, dostluğununun möhkəmləndirilməsində tarixi rolunu qeyd ediblər.
Türkiyənin İzmir şəhərində 2014-cü ildən fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi təhsil, mədəniyyət sahələrində, ölkələrarası münasibətlərin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirir. Dərnək Türkiyənin rəsmi qurumları ilə əməkdaşlıq şəraitində işləyir.
Dərnək başqanı Mülazim Pahsa çıxışında qeyd edib ki, Azərbaycan dərnəyinin təşəbbüsü və İzmir şəhəri Bornova rayon bələdiyyəsinin dəstəyi ilə Azərbaycan-Türkiyə Dostluq Parkı, azərbaycanlıların kompakt yaşadıqları ərazidə Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş abidə, o cümlədən İzmir Qarşıyaxa bələdiyyəsi ərazisində Heydər Əliyev Parkı istifadəyə verilib.
Dərnəyin Azərbaycan həqiqətlərinin təbliği sahəsində gördüyü işlərdən danışan sədr Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı mütəmadi olaraq dəyirmi masaların və sərgilərin təşkil edildiyini söyləyib.


