Sosial

"Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq" — Bakı meri

Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq — Bakı meri

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır".

Demokrat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, hazırda heykəlin hazırlanması işləri görülür: "Heykəltəraşlar işləyir, Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq". (APA)

D
demokrat.az