Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ilə əlaqədar paylaşım edib.
Birinci vitse-prezident,“Instagram” statusunda ulu öndər haqqında bu fikirləri yazıb:
"Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır".
View this post on Instagram


