Kriminal

Bakıda adam oğurluğu edən şəxs tutuldu

Bakıda adam oğurluğu edən şəxs tutuldu

Bakıda adam oğurluğu ilə məşğul olan şəxs həbs edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hüquq-müafizə orqanlarının əməkdaşları tərəfindən Səbail rayonunda Abbasov Nicat Neman oğlu saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə ittiham elan edilib.

İstintaq davam edir.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az