Gündəm

DTX-nın əməliyyatları vətəndaşların dövlətə inamını artırır — VİDEO

DTX-nın əməliyyatları vətəndaşların dövlətə inamını artırır — VİDEO

Son günlər icra hakimiyyəti başçılarının həbsi ən çox müzakirə edilən hadisələrdəndir. Ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara kölgə salan belə məmurların həbsi, əslində, dövlətin korrupsiya və rüşəvətxorluq kimi neqativ hallarla mübarizədə qətiyyətini ortaya qoyur. Dövlət Təhlükəsiliyi Xidmətinin həyata keçirdiyi bu əməliyyatlar və onun şəffaf şəkildə ictimailəşdirilməsi vətəndaşların öz dövlətinə olan etimadıını möhkəmləndirir.

Dövlətin imicini xalqına xəyanət edən məmur yox, belə hallarla mübarizə aparan siyasi iradə və bu iradəni icra edən dövlət qurumları formalaşdırır.

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatları şərh edən "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, əməliyyatlar dövlət başçısının siyasi iradəsinin əməli ifadəsidir.

Onun fikrincə, ölkədə aparılan islahatlar cəmiyyətin, dövlətin bütün sferalarını əhatə etməlidir. İslahatlara mane olmağa çalışanların isə aqibəti eyni olacaq.

Əliməmməd Nuriyev deyir ki, burada əsas məqamlardan biri də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatların şəffaf şəkildə ictimailəşdirilməsidir. Əməliyyatın peşəkarlıqla həyata keçirilməsi, təkzibolunmaz sübutların ortaya qoyulması vətəndaşların öz dövlətinə inamını artırır. (Xezerxeber.az)

Demokrat.azmövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

​Demokrat.az

D
demokrat.az