Sosial

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Demokrat.az xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirilib, aşağı həddi isə 6,75% saxlanılıb.

AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə iyunun 19-da baxacaq.

D
demokrat.az