Vətəndaşları girov götürən mütəşəkkil dəstənin üzvləri həbs edildi — Şok əməliyyat

KRİMİNAL 30 apr 2020, 15:05

Bakıda vətəndaşları girov götürməkdə ittiham olunan mütəşəkkil dəstənin daha bir necə üzvü həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nəcəfov Osman Fazil oğlu, Xəlilov Kənan Kamran oğlu, Rüstəmov Amid Fizuli oğlu hüquq-müahfizə orqanlarının əməkdaşları tərəfindən həbs olunublar.


Bundan əvvəl isə Bakı şəhər sakini Abdullayev Fərid Novruzəli oğlu həbs edilmişdi.


İstintaq orqanı tərəfindən təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 215.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adamları girov götürmə), 215.2.3-cü (həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə adamları girov götürmə), 215.2.4-cü (odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adamları girov götürmə), 215.2.7-ci (adamları girov götürmə, iki və ya daha çox şəxs barəsində törədildikdə) və 215.2.8-ci (adamları girov götürmə, tamah niyyəti ilə törədildikdə) maddələri ilə ittiham elan olunub.


Xətai rayon Məhkəməsində hakim Şəhriyar Əliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı əsasında Nəcəfov Osman Fazil oğlu, Xəlilov Kənan Kamran oğlu, Rüstəmov Amid Fizuli oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.


Qeyd edək ki, bundan əvvəl Fərid Abdullayevin də barəsində həbs qətimkan tədbiri seçilib.


İstintaq davam edir.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top