Ölkəmin Baş naziri (Nikol Paşinyan) bu binada oturur, seçdiyimiz Baş nazirlə danışmağa gəldik, niyə o, verdiyi vədləri yerinə yetirmir.
Demokrat.az xəbər verir ki, bu fikirlər İrəvanda etiraz mitinqinin iştirakçısına məxsusdur.
“100 dəfə inzibati xəta haqqında protokol tərtib etsəniz də, yenə də çıxıb bura gələcəyik. Bu, seçdiyimiz hökumətdir, baş nazirimiz bunu görməlidir”. Elektrik enerjisinin kəsilməsi səbəbiylə Ermənistan hökumətinin qarşısında etiraz edən vətəndaşlardan biri belə deyib.
“Anlamalıdır ki, (Paşinyan nəzərdə tutulur – Konkret.az) yanındakı insanlar ona həqiqəti demirlər. Bura ona görə gəldik ki, başqa nə edəcəyimizi bilmirik” deyib.
Polis hərəkət məhdudiyyətlərinin pozulmasına dair protokolların qarşısını almaq üçün aksiya iştirakçılarını evlərinə qayıtmağa çağırıb.
“Seçdiyim şəxslər, hökumət üzvləri buradadır, ölkəmin baş naziri bu binada oturub. Baş nazir canlı yayımda əhalinin elektrik enerjisinin söndürülməyəcəyini söylədi, ancaq sözün həqiqi mənasında bir neçə saniyədən sonra insanlar işıqsız qaldı. Biz seçdiyimiz Baş nazirdən haqqımızı tələb etməyə gəldik. Heç bir qaydanı pozmuruq, seçdiyimiz baş nazirlə danışmaq, vədlərini niyə yerinə yetirmədiyini anlamaq üçün gəldik. O, bizə vədlər verdi” deyib.(konkret.az)


