Sosial

Kəmalə Ağazadə: “Nəvəsinə araq içirdən babası mənə zəng edib dedi ki...” — VİDEO

Kəmalə Ağazadə: “Nəvəsinə araq içirdən babası mənə zəng edib dedi ki...” — VİDEO

"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal bu məsələyə reaksiya verməlidir".

Demokrat.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə valideynləri tərəfindən azyaşlı uşağa spirtli içkinin içirilməsi ilə bağlı yayılan videodan danışarkən deyib. Sədr bildirib ki, uşağın ailəsi ona hədə-qorxu gəlib:

"Mən videonu paylaşıb fikrimi bildirmişəm. Videonu yaydıqları bəs deyilmiş kimi, üstəlik uşağın babası mənə zəng edib: "Bu, ailə daxilində olan məsələdir. Böyüyün varsa gedim onunla danışım", - deyə mənə hədə-qorxu gəldi. Bu məsələ ictimailəşməli və uşağa içki içirənlər cəzalanmalıdır. Uşağı baba öyrədir".

Qeyd edək ki, sosial şəbəkədə valideynləri tərəfindən azyaşlı uşağa spirtli içki içirilməsini əks etdirən video paylaşılıb.(qaynarinfo.az)

D
demokrat.az