İraqın paytaxtı Bağdaddakı "Cairo Mall" ticarət mərkəzinin tikintisində çalışan 63 nəfər Türkiyə vətəndaşı quru yolla ölkəsinə təxliyyə olunub. Həmin vətəndaşlar avtobusla Türkiyəyə gətirilən zaman onların tibbi maska taxmadan, məsafə gözləmədən gigiyenik qaydaları kobud şəkildə pozması görünütləri ortaya çıxıb.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılmış həmin görüntülər mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Türkiyə vətəndaşları yayılan görüntlərə görə hökuməti tənqid edirlər.
Vətəndaşlar bildirir ki, Türkiyə hökuməti xaricdə olan vətəndaşlarını təxliyyə edərkən heç bir karantin qaydalarına əməl etmir, vətəndaşlar tibbi maskalar və digər lazımı ləvazimatlarla təmin olunmurlar. Hökumət nümayəndlərinin bu cür məsuliyyətsiz hərəkətlərin nəticəsində Türkiyədə virusa yoluxanların sayı arta bilər.
Yaranmış vəziyyətdən narahat olan vətəndaşlar sosial şəbəkələrdə yayılan görüntülərə görə Türkiyə hökumətini qınayıblar.
Xatırladaq ki, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay 59 ölkədən 25 min vətəndaşının Ramazan ayına qədər təxliyyə olunacağını bildirib.
Elçin Rizvanoğlu Demokrat.az


