Sosial

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.

Demokrat.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Elşən Qayıbov vəzifəsindən azad edilib.

Digər əmrlə Elşən Qayıbov Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin rəisi təyin olunub.(azvision.az)

D
demokrat.az