Sosial

Aztəminatlılara ev veriləcək — ŞAD XƏBƏR

Aztəminatlılara ev veriləcək — ŞAD XƏBƏR

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

Demokrat.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, sosial kirayə müqaviləsi əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

D
demokrat.az