“Koronavirusla bağlı vəziyyət kompleks şəkildə nəzərdən keçirilir”.
Demokrat.az-ın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, müvafiq strukturların təklifləri nəzərə alınaraq karantin rejiminin uzadılması ilə əlaqədar lazımi və zəruri qərarlar qəbul ediləcək: “Burada digər dövlətlərin də təcrübəsinə baxılır. Gördüyünüz kimi, digər dövlətlər karantin rejimini uzadırlar. Təbii ki, hər bir ölkədə vəziyyət fərqli xarakter daşıyır. Ölkəmizdə olan vəziyyət hər kəsi sevindirir, amma biz yenə də səylərimizi davam etdiririk, ehtiyatlılığımızı qorumalıyıq”.


