Gürcüstanın dörd şəhərinə giriş-çıxış bağlanıb.
BakuPost.az xəbər verir ki, bu gün saat 21:00-dan etibarən qərar qüvvəyə minib.
Məlumata əsasən, qadağa Tiflis, Rustavi, Batumi və Kutaisi şəhərlərinə aid edilib.
Qubernator həmçinin qeyd edib ki, daha altı nəfərin müayinə nəticələrinin cavabları gözlənilir.
Qeyd edək ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi və Marneuli rayonlarında bütün ölkə üzrə ilk dəfə - martın 23-dən sərt karantin rejimi tətbiq olunur. Martın 31-dən bütün ölkədə karantin elan olunub.
Bu gündən etibarən isə rejim daha da sərtləşdirilib və ölkənin dörd böyük şəhərinə - Tbilisi, Rustavi, Batumi və Kütaisiyə giriş qadağan edilib.


