Sosial

Aslan İsmayılov: "Biz sağlam Cəmiyyət, güclü Dövlət qura biləcəyik!"

Aslan İsmayılov: Biz sağlam Cəmiyyət, güclü Dövlət qura biləcəyik!

Bu dəqiqələrdə anamın rəfiqəsi, anam əvəzi olan 77 yaşlı qaynanam zəng etdi və karantin dövrü artıq ikinci dəfədir ki, yardım aldığını bildirdi. "Hakimiyyətdən razısanmı" sualını verdim. Dərhal "əlbəttə" dedi və əlavə etdi ki, yardıma ehtiyacım olmadığını bildirsəm də təkidlə təqdim etdilər. Hər iki-üç gündən bir zəng edib maraqlanırlar ki, nəyəsə ehtiyacım varmı. "Başa düşdüm ki, razısan" deyən kimi izah etməyə başladı. Birincisi, bəlli deyil ki, bu xoş münasibət nə qədər davam edəcək. Xüsusi ilə əlavə etdi ki, "xoş münasibəti yardıma görə demirəm, mənə yaşlı bir insan kimi hörmət etdiklərinə görə deyirəm". İkincisi, dedi ki, "yaxşı, mən yaşlı adamam, mənə yardım etdilər, bəs o, (tanıdığım bir adamın adını çəkdi) iki körpə uşağı, işləməyən həyat yoldaşı ilə necə dolansın?! Maşınla taksi sürücüsü kimi gündəlik qazanıb ailəsini dolandırırdı. İndi evdən eşiyə də çıxa bilmir. Elə bu payları da ona verəcəm" dedi.

Sözünü bitirəndə bir daha soruşdum ki, "mənə de görüm, bu hökuməti bəyənirsən, ya yox". 77 yaşlı dünya görmüş insan "eeh, çox çətin sualdır. Biz yaşlılar heç, cavanlara görə çox narahatam" dedi.

Allah bu çətin günlərdə yaşlılara, ehtiyacı olanlara əl tutan, diqqət göstərən hər kəsdən razı olsun. Əminəm ki, ancaq bu yanaşma, qarşılıqlı anlayışla Biz sağlam Cəmiyyət, güclü Dövlət qura biləcəyik!Bu dəqiqələrdə anamın rəfiqəsi, anam əvəzi olan 77 yaşlı qaynanam zəng etdi və karantin dövrü artıq ikinci dəfədir ki, yardım aldığını bildirdi. "Hakimiyyətdən razısanmı" sualını verdim. Dərhal "əlbəttə" dedi və əlavə etdi ki, yardıma ehtiyacım olmadığını bildirsəm də təkidlə təqdim etdilər. Hər iki-üç gündən bir zəng edib maraqlanırlar ki, nəyəsə ehtiyacım varmı. "Başa düşdüm ki, razısan" deyən kimi izah etməyə başladı. Birincisi, bəlli deyil ki, bu xoş münasibət nə qədər davam edəcək. Xüsusi ilə əlavə etdi ki, "xoş münasibəti yardıma görə demirəm, mənə yaşlı bir insan kimi hörmət etdiklərinə görə deyirəm". İkincisi, dedi ki, "yaxşı, mən yaşlı adamam, mənə yardım etdilər, bəs o, (tanıdığım bir adamın adını çəkdi) iki körpə uşağı, işləməyən həyat yoldaşı ilə necə dolansın?! Maşınla taksi sürücüsü kimi gündəlik qazanıb ailəsini dolandırırdı. İndi evdən eşiyə də çıxa bilmir. Elə bu payları da ona verəcəm" dedi.

Sözünü bitirəndə bir daha soruşdum ki, "mənə de görüm, bu hökuməti bəyənirsən, ya yox". 77 yaşlı dünya görmüş insan "eeh, çox çətin sualdır. Biz yaşlılar heç, cavanlara görə çox narahatam" dedi.

Allah bu çətin günlərdə yaşlılara, ehtiyacı olanlara əl tutan, diqqət göstərən hər kəsdən razı olsun. Əminəm ki, ancaq bu yanaşma, qarşılıqlı anlayışla Biz sağlam Cəmiyyət, güclü Dövlət qura biləcəyik!

Aslan İsmayılov Tanınmış hüquqşünas

D
demokrat.az