ABŞ Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırır.
Demokrat.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp məlumat verib.
"Koronavirus böhranın pis idarə edilməsində və onun yayılmasının gizlədilməsində ÜST-ün roluna dair araşdırma aparılması üçün təşkilata maliyyə yardımın dayandırılması barədə göstəriş verdim", - deyə D.Tramp bildirib.
Onun sözlərinə görə, ÜST koronavirusla bağlı məlumatları vaxtında verməyib və həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmayıb.(report.az)


