Dünya

Paşinyanın aşpazı da koronavirusa yoluxdu — 300 nəfərlik toyda iştirak edib

Paşinyanın aşpazı da koronavirusa yoluxdu — 300 nəfərlik toyda iştirak edib

Hökumətin bağ evlərində, o cümlədən qısa müddət ərzində Nikol Paşinyanın yanında aşbaz işləyən Xaçatur Barseqyan koronavirusdan müalicə alır.

Demokrat.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın “Qraparak” qəzeti öz mənbələrinə istinadən yazıb.

Mənbə bildirir ki, təxminən bir ay əvvəl ondan götürülmüş ilk koronavirus testi müsbət olub, indi onda xəstəliyin əlamətləri yoxdur və mənfi bir test nəticəsini gözləyir.

“Bundan 20 gün əvvəl yoluxma ocaqlarından biri olan Razdanda toyda iştirak edib, amma indi vəziyyəti yaxşıdır” deyib.

O, kiməsə virus yayıbmı?

“Xeyr, nə deyirsiniz? Bu toyda 300 nəfər iştirak edib. Şənlik Marmarik kəndində baş tutub. O, sadəcə toya dəvət olunub”.

Bu toyda aşpaz olub?

“Xeyr, qonaqlar arasında idi. Bundan sonra Marmarik kəndində hər kəs özünü izolyasiya etdi”.

Bəs səlahiyyətlilər, komendantlıq 300 nəfərlə toy etdiklərini bilmirdi?

“Bu çoxdan olub, martın 20-də Marmarik kəndində, bu barədə necə məlumat ala bilərdilər?”.

“Dünən nəşr bu məlumatı dəqiqləşdirmək üçün səhiyyə nazirinə, Baş nazirin mətbuat xidmətinə müraciət etməyə çalışıb, lakin onlar telefona cavab verməyiblər” deyib.(konkret.az)

D
demokrat.az