Bu günə olan məlumata əsasən, İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkən 10 914-ü vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16 502-si fərdi (mikro) sahibkar olmaqla, ümumilikdə 27 416 vergi ödəyicisi müraciət edib.
Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət edən 10 914 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 124 510 nəfərdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 78 068 işçini əhatə edən 8 487 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim olunub.
Bu proqram üzrə indiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 33,78 milyon manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 16,9 milyon manat təşkil edir.
Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2 636 vergi ödəyicisinə 24 463 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 5,31 milyon manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 16 502 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15 689 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim olunub. Bu proqram üzrə indiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,48 milyon manat təşkil edir.
Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 3,53 milyon manat vəsaitin 3 041 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
| Muzdlu işçilərəəmək haqqınınmüəyyən hissəsinin ödənilməsiüzrə hesabat (14.04.2020 il tarixinə) | |
| Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği | 215,0 milyon manat |
| Müraciət etmiş vergi ödəyicilərinin sayı Vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı | 10.914 vergi ödəyicisi 124.510 nəfər |
| Maliyyə dəstəyinin məbləği o cümlədən, 1-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği (50%) | 33.780,4min manat 16.890,2min manat |
| Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı | 2.636 vergi ödəyicisi |
| Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı | 24.463 nəfər |
| Ödənilmiş vəsaitin məbləği | 5.317,7 min manat |
| Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyiüzrə hesabat (14.04.2020 il tarixinə) | |
| Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği | 80,0 milyon manat |
| Müraciət etmiş vergi ödəyicilərinin sayı | 16.502 vergi ödəyicisi |
| Müraciəti araşdırılmış vergi ödəyicilərinin sayı Maliyyə dəstəyinin məbləği | 15.689vergi ödəyicisi 15483,7min manat |
| Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı | 3.041 vergi ödəyicisi |
| Ödənilmiş vəsaitin məbləği | 3.530,9 min manat |


