OPEC+ ölkələri neft hasilatını sutkada 9,7 milyon barrel azaltmağa razılaşıblar.
Bu barədə "TASS"a danışıqlar prosesi haqqında məlumatlı mənbələr bildirib.
Mənbə deyib: "Bəli, sutkada 9,7 milyon barrelə razılaşdılar". Bu o deməkdir ki, Meksika may-iyun ayları ərzində hasilatı utkada 100 min barrel azaldacaq. Daha əvvəl Meksikanın sutkada neft hasilatını 400 min barrel azaltması nəzərdə tutulurdu. (Trend)


