Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19-un yayıldığı şəraitdə tibb işçiləri üçün fərdi qoruyucu vasitələrin çatışmazlığı yaranacağı halda hökuməti istefaya göndərməklə hədələyib.
Demokrat.az xəbər verir ki, bu barədə “Belta” nəşri yazıb.
“Mən baş nazirə və hökumətə xəbərdarlıq etmişəm - əgər həftənin sonunda məsul şəxslər mənə məruzə etsələr ki, apteklərdə, mağazalarda və ya xəstəxanalarda həkimlərin müdafiəsi üçün ləvazimat çatmır, hökumət olmayacaq, başqaları işləyəcək”, - deyə Lukaşenko bildirib.(oxu.az)


